Tələbələr arasında Zəfər Gününə həsr edilmiş futzal yarışlarının final mərhələsinin iştirakçıları müəyyənləşib
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən və Zəfər Gününə həsr edilmiş futzal yarışlarının yarımfinal mərhələsi başa çatıb.
BrendSport.az xəbər verir ki, bununla da final mərhələsinin iştirakçıları müəyyənləşib. Belə ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları finalda qalib adı uğrunda yarışacaqlar. Bakı Dövlət Universiteti və Gəncə Dövlət Universitetinin komandaları isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.
Turnirin final mərhələsi dekabrın 23-də keçiriləcək.
Qeyd edək ki, futzal yarışları Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.
Çempionatın təşkilində məqsəd ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbolun kütləviliyinin təmin edilməsi, respublikanın tələbələrdən ibarət yığma komandasının müəyyənləşdirilməsi, yeniyetmə və gənclərdən ibarət yığma komandalara perspektivli tələbə futbolçuların seçilməsidir.
Facebook-da paylaş