UFAZ-ın ilk magistr məzunu gənclərinə Strasburq Universitetinin diplomları verilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 135 bakalavr və 35 magistr məzununa Strasburq Universitetinin diplomları verilib.
BrendSport.az saytının Gənclər Bölməsi xəbər verir ki, diplom təqdimatı mərasimində ADNSU-nun rektoru professor Mustafa Babanlı, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əsgərov, baş katibi Elizaveta Bydanova, Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon və digər çıxış edənlər UFAZ-da təhsil sahəsində qazanılan uğurlarla bağlı fikirlərini bildirib, tələbələrə xoş arzularını ifadə ediblər.
Qeyd edilib ki, bu, UFAZ magistr məzunlarının ilk buraxılışıdır və bu universitet üçün əlamətdar nailiyyətdir.
Sonra UFAZ-ın məzunları Səkinə Məmmədova və Orxan Qəhrəmanov təhsil təcrübələrini və təəssüratlarını bölüşüblər.
Facebook-da paylaş