İdman tibbi və reabilitasiya ixtisası üzrə magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTIA) təhsil standartı London Universitet Kolleci (UCL) tərəfindən hazırlanan, tədrisi ingilis dilində aparılan həkimlər üçün “İdman tibbi və reabilitasiya” ixtisası üzrə 2021/2022-ci tədris ili üçün magistratura təhsil səviyyəsində qəbul imtahanının ikinci mərhələsi keçirilib.
ADBTIA-nın mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, qəbul imtahanının ikinci mərhələsi onlayn müsahibə şəklində təşkil edilib. Onlayn müsahibədə “İdman tibbi və reabilitasiya” magistr ixtisası standartının müəllifi, London Kollec Universitetinin professoru və ISEH institutunun aparıcı eksperti Maykl Pol Luzmor, sağlamlıq hüququ üzrə Avropa Assosiasiyasının vitse-prezidenti professor Vüqar Məmmədov, ADBTİA-nın tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağızadə və İdman tibbi və reabilitasiya kafedrasının müdiri, tibb elmləri doktoru İlqar Həsənov namizədlərin seçilməsində komissiya üzvləri kimi iştirak ediblər.
Facebook-da paylaş