Əsas Səhifə > Gənclər > UFAZ-ın ilk magistr məzunu gənclərinə Strasburq Universitetinin diplomları verilib
UFAZ-ın ilk magistr məzunu gənclərinə Strasburq Universitetinin diplomları verilib22-02-2023, 01:46 |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 135 bakalavr və 35 magistr məzununa Strasburq Universitetinin diplomları verilib. BrendSport.az saytının Gənclər Bölməsi xəbər verir ki, diplom təqdimatı mərasimində ADNSU-nun rektoru professor Mustafa Babanlı, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əsgərov, baş katibi Elizaveta Bydanova, Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon və digər çıxış edənlər UFAZ-da təhsil sahəsində qazanılan uğurlarla bağlı fikirlərini bildirib, tələbələrə xoş arzularını ifadə ediblər. Qeyd edilib ki, bu, UFAZ magistr məzunlarının ilk buraxılışıdır və bu universitet üçün əlamətdar nailiyyətdir. Sonra UFAZ-ın məzunları Səkinə Məmmədova və Orxan Qəhrəmanov təhsil təcrübələrini və təəssüratlarını bölüşüblər. Geri qayıt |