Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Prosineçki təklif aldığı komandanı açıqladı



Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina Futbol Federasiyası ilə danışıqlara başlayır. Bu barədə xorvat mütəxəssis özü məlumat verib.

Türkiyənin Anadolu Agentliyinə açıqlama verən Prosineçki Azərbaycan millisindəki işini tamamladığını və sabah Xorvatiyaya dönəcəyini bildirib. Bir neçə gün əvvəl Bosniya və Herseqovina Futbol Federasiyası rəsmilərinin onunla əlaqə yaratdıqlarını bildirən baş məşqçi danışıqların gələn həftə baş tutacağını deyib: "Yığmanı çalışdırmağım üçün mənimlə görüşmək istəyirlər. Gələn həftə federasiya rəsmiləri ilə görüşəcəm. Onların görüş istəyi məni məmun etdi. Yaxın günlərdə Sarayevoya gedəcəm".

Sloveniya millisindən də təklif aldığını deyən Prosineçki razılığa gələ bilmədiklərini qeyd edib. Bosniya və Herseqovina ilə anlaşmaq üçün isə hər hansı maneənin olmadığını bildirib: "Niyə olmasın? Zəng edib görüşmək istədiklərini dedilər. Bosniya və Herseqovina yaxşı futbolçulara və yaxşı milli komandaya sahibdi".

Qeyd edək ki, Bosniya və Herseqovina millisində "Qarabağ"ın qapıçısı İbrahim Şehiç çıxış edir.


Facebook-da paylaş

Xəbəri paylaş