Millinin baş məşqçisi postuna yeni təyinat
Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının baş məşqçisi postunda dəyişiklik edilib.
Azərbaycan Ağır Atletika Federasiyasının Mətbuat xidmətindən verilən məlumata görə, Tofiq Heydərov işlərinin çoxluğu səbəbindən istefa verib.
Onun yerinə gənc mütəxəssis Asif Məmmədov təyin edilib. T.Heydərov fəaliyyətini federasiyanın vitse-prezidenti kimi davam etdirəcək.
"Report"
Facebook-da paylaş