Beynəlxalq turnirdə zədələnən Azərbaycan cüdoçusu fərdi məşqlərə başlayıb

Ötən ay Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-Pri turnirində zədələnən Azərbaycan cüdoçusu Zelim Tçkayevin son durumu açıqlanıb.
BrendSport.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançının ümumi vəziyyəti yaxşıdır. Onun hazırda bərpa prosesi keçdiyi bildirilib.
Fiziki hazırlıqları bərpa edən cüdoçu bir neçə gündən sonra ümumi məşqlərə başlayacaq.
Qeyd edək ki, Zelim Tçkayev tam hazır olmadığı üçün sabah Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə start götürəcək “Böyük Dəbilqə” turnirinə aparılmayıb.
Facebook-da paylaş





















