Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Elxan Məmmədov: "Azarkeşlər də Rəşad Sadıqovu axtaracaqlar"




“Rəşad Sadıqov qərarı barədə mənə məlumat verəndə xeyli təəssüfləndim. Çünki təəssüflənməmək mümkün deyil. Axı biz onu millinin oyunlarında görməyə adət etmişdik".
Bunu "Report"a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Baş katib son 10 ildə belə bir futbolçu ilə birgə fəaliyyət göstərməsindən fəxr hissi keçirdiyini bildirib: "Hər oyundan əvvəl və sonra onunla mütləq komanda, oyun haqda söhbətimiz olur. 16 ildir millinin formasını geyinən bir futbolçunu Çexiya ilə qarşılaşmadan sonra yola salmaq... Həqiqətən də çətin qərardır. Rəşad millinin formasını ən çox geyinən futbolçudur. 110 dəfə ölkənin əsas komandasının heyətində meydana çıxıb. Bu rəqəmin özü onun milli üçün nə qədər böyük sima olduğunu göstərir. Son 10 ildə onunla birgə fəaliyyət göstərməyimizlə fəxr edirəm. Bilirəm ki, azarkeşlər də onu axtaracaqlar. Çünki o, həm də komandanın lideridi, ən çətin anlarda futbolçuları ətrafında toplamağı bacarırdı".
AFFA rəsmisi Sadıqovun gələcəkdə Azərbaycan futboluna məşqçi kimi xeyir verəcəyinə inam ifadə edib: "Bu gün Rəşad həm futbolçu, həm də şəxsiyyət kimi bir çox gəncin kumiridir. Onun bu qərarına hörmətlə yanaşır və gələcək işlərində də uğurlar arzulayırıq. Sadıqovun gələcəkdə məşqçi kimi də futbolumuza xeyir verəcəyinə əminik”.
Qeyd edək ki, Rəşad Sadıqov Azərbaycan millisində son oyununu oktyabrın 5-də Bakı Olimpiya Stadionunda Çexiya yığmasına qarşı keçirəcək. 2018-ci il dünya çempionatının seçmə qrup matçı saat 20:00-da başlayacaq.

REPORT.AZ


Facebook-da paylaş

Xəbəri paylaş