Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rəşaddan vida oyunu ilə bağlı açıqlama



DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Çexiya qarşılaşması milli komandamızın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.

AFFA-nın saytına fikrini bildirən 35 yaşlı müdafiəçi Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: “Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib və 5 qol vurub.

Qol.az


Facebook-da paylaş

Xəbəri paylaş