Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yığma komandalarının heyətində ən çox oyun keçirən oyunçular

Yığma komandalarının heyətində ən çox oyun keçirən oyunçular

Sabah DÇ-2018-in seçmə mərhələsində Norveçin qonağı olacaq Azərbaycan millisi səfərə 25 futbolçu ilə yollanıb. Apasport.az saytının hesablamalarına görə, bu oyunçuların millidə keçirdiyi matç və qol sayları bəllidi.

25 futbolçudan ikisi – Təmkin Xəlilzadə və Renat Dadaşov yığmada debüt şansını gözləyir. Onlar səfərdə meydana çıxsa, ilk dəfə milli forma geyinəcəklər.

Komandamızın rekordçusu isə Rəşad Sadıqovdu. O, yığmada 109-cu görüşünü keçirə bilər.

Kapitan Osloda oynasa, öz millisində 109 matça çıxan Rafael van der Vaart, Şinji Okazaki və digərlərinə çatacaq. Belədə Rəşad dünyanın 247-cisin adına şərik olacaq.

Hazırda hesabında 108 oyun olan müdafiəçimiz Zinəddin Zidan, Yurgen Klinsmann kimi ulduzlarla eyni göstəriciyə malikdi.

Cavid Hüseynovla Ruslan Abışov isə Osloda 50-ci matçını keçirə bilər. Son vaxtlar ehtiyatda qalan Abışov neçə vaxtdı 50-ni gözləyirsə, Hüseynovun yüzü səfərdə yarılamaq şansı daha yüksəkdi.

Dmitri Nazarov da yubileyin bir addımlığındadı. Səfər matçı onun 25-ci milli matçı olacaq.



Facebook-da paylaş

Xəbəri paylaş