Əsas Səhifə > Milli komandalar > Yığma komandalarının heyətində ən çox oyun keçirən oyunçular
Yığma komandalarının heyətində ən çox oyun keçirən oyunçular31-08-2017, 10:26 |
Sabah DÇ-2018-in seçmə mərhələsində Norveçin qonağı olacaq Azərbaycan millisi səfərə 25 futbolçu ilə yollanıb. Apasport.az saytının hesablamalarına görə, bu oyunçuların millidə keçirdiyi matç və qol sayları bəllidi. 25 futbolçudan ikisi – Təmkin Xəlilzadə və Renat Dadaşov yığmada debüt şansını gözləyir. Onlar səfərdə meydana çıxsa, ilk dəfə milli forma geyinəcəklər. Komandamızın rekordçusu isə Rəşad Sadıqovdu. O, yığmada 109-cu görüşünü keçirə bilər. Kapitan Osloda oynasa, öz millisində 109 matça çıxan Rafael van der Vaart, Şinji Okazaki və digərlərinə çatacaq. Belədə Rəşad dünyanın 247-cisin adına şərik olacaq. Hazırda hesabında 108 oyun olan müdafiəçimiz Zinəddin Zidan, Yurgen Klinsmann kimi ulduzlarla eyni göstəriciyə malikdi. Cavid Hüseynovla Ruslan Abışov isə Osloda 50-ci matçını keçirə bilər. Son vaxtlar ehtiyatda qalan Abışov neçə vaxtdı 50-ni gözləyirsə, Hüseynovun yüzü səfərdə yarılamaq şansı daha yüksəkdi. Dmitri Nazarov da yubileyin bir addımlığındadı. Səfər matçı onun 25-ci milli matçı olacaq. Geri qayıt |