Çakır üçün yeni təyinat
Türkiyəli hakim Cüneyt Çakır DÇ-2018-in seçmə mərhələsinin oyununa təyinat alıb.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, o, B qrupunun Portuqaliya - İsveç oyununu idarə edəcək. C.Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Hüseyn Göçek yerinə yetirəcək.
Qeyd edək ki, Portuqaliya - İsveç oyunu oktyabrın 10-u keçiriləcək.
Facebook-da paylaş