Millimizin növbəti oyunlarının hakimləri bəllidir
Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində keçirəcəyi növbəti iki oyunun təyinatları açıqlanıb. BrendSport.az saytının apasport.az-a istinadən məlumatına görə, sentyabrın 1-də Osloda keçiriləcək Norveç – Azərbaycan və sentyabrın 4-də Bakıda baş tutacaq Azərbaycan – San Marino qarşılaşmalarını idarə edəcək hakimlər bəlli olub.
Yığmamızın səfər matçı polşalı hakimlərə tapşırılıb. Oyunun baş hakimi Daniel Stefanski olacaq.
San-Marino ilə qarşılaşmada isə ədaləti Monteneqrodan olan hakimlər qoruyacaq. Baş hakim isə Nikola Dabanoviç olacaq.
DÇ-2018-in seçmə mərhələsi
1 sentyabr
22:45. Norveç – Azərbaycan
Baş hakim: Daniel Stefanski
Baş hakimin köməkçiləri: Robert Marçin Bonek, David Qolis
Dördüncü hakim: Bartoş Frankovski (hamısı Polşa)
Hakim-inspektor: Con Peter (İngiltərə)
Komissar: Nikolae Kamelia (Rumıniya)
Oslo. “Ulleval” stadionu
5 sentyabr
20:00. Azərbaycan – San Marino
Baş hakim: Nikola Dabanoviç
Baş hakimin köməkçiləri: Milutin Djukiç, Yovitsa Tatar
Dördüncü hakim: Pavle Radovanoviç (hamısı Monteneqro)
Hakim-inspektor: Kay Osterqard (Danimarka)
Komissar: Oljas Abrayev (Qazaxıstan)
Bakı. 8-ci km stadionu
Facebook-da paylaş