Əsas Səhifə > Manşet > Millimizin növbəti oyunlarının hakimləri bəllidir
Millimizin növbəti oyunlarının hakimləri bəllidir28-08-2017, 14:03 |
Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində keçirəcəyi növbəti iki oyunun təyinatları açıqlanıb. BrendSport.az saytının apasport.az-a istinadən məlumatına görə, sentyabrın 1-də Osloda keçiriləcək Norveç – Azərbaycan və sentyabrın 4-də Bakıda baş tutacaq Azərbaycan – San Marino qarşılaşmalarını idarə edəcək hakimlər bəlli olub. Yığmamızın səfər matçı polşalı hakimlərə tapşırılıb. Oyunun baş hakimi Daniel Stefanski olacaq. San-Marino ilə qarşılaşmada isə ədaləti Monteneqrodan olan hakimlər qoruyacaq. Baş hakim isə Nikola Dabanoviç olacaq. DÇ-2018-in seçmə mərhələsi 1 sentyabr 22:45. Norveç – Azərbaycan Baş hakim: Daniel Stefanski Baş hakimin köməkçiləri: Robert Marçin Bonek, David Qolis Dördüncü hakim: Bartoş Frankovski (hamısı Polşa) Hakim-inspektor: Con Peter (İngiltərə) Komissar: Nikolae Kamelia (Rumıniya) Oslo. “Ulleval” stadionu 5 sentyabr 20:00. Azərbaycan – San Marino Baş hakim: Nikola Dabanoviç Baş hakimin köməkçiləri: Milutin Djukiç, Yovitsa Tatar Dördüncü hakim: Pavle Radovanoviç (hamısı Monteneqro) Hakim-inspektor: Kay Osterqard (Danimarka) Komissar: Oljas Abrayev (Qazaxıstan) Bakı. 8-ci km stadionu Geri qayıt |