Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Milli futbolçumuz komandadan ayrıldı



Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov klubsuz qalıb.

Millimizin futbolçusu Portuqaliya "Boavişta"sı ilə yollarını ayırıb. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Bu üzdən də Emin azad agent statusu əldə edib. Lakin onun karyerasını harada davam etdirəcəyi hələlik, bilinmir.

Mahmudov Portuqaliya klubunda 2016-cı ildən çıxış edirdi. Lakin yeni mövsümdə məşqçilər korpusu futbolçumuza güvənmədiyindən milli üzvü iş yerini dəyişməyə qərar verib. Oyun təcrübəsinin olmaması səbəbindən Emin millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və San Marino ilə oyunlarına da dəvət edilməyib. (Komanda.az)


Facebook-da paylaş

Xəbəri paylaş