Türkiyə millisində 2 dəyişiklik
2018 DÇ seçmə mərhələsindəki oyunlara hazırlaşan Türkiyə milli komandasının heyətində dəyişiklik edilib. "Ay-ulduzlular"ın baş məşqçisi Mirça Luçesku heyətə iki yeni futbolçu dəvət edib. Belə ki, zədələnən qapıçı Harun Tekinin əvəzinə "Konyaspor"dan Serkan Kırıntılı heyətə daxil edilib. Bundan başqa "Beşiktaş"ın kapitanı Oğuzxan Özyakupa da dəvət göndərilib
Türkiyə yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Ukrayna və Xorvatiya milli komandaları ilə qarşılaşacaq.
Facebook-da paylaş