Sadıqov millidən getdi
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində avqustun 31-də İsrail yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
AFFA xəbər verir ki, “Kəpəz”dən yığmanın təlim-məşq toplanışına dəvət olunmuş İlkin Sadıqov komandadan ayrılıb.
Sadıqovun millidən ayrılmasının səbəbi zədələnməsi olub.
Facebook-da paylaş