Marko Borriello A Seriyasının tarixinə düşüb
İtaliya A Seriyasının 2-ci turunda "Udinese" ilə qarşılaşan SPAL 3:2 hesablı qələbə qazanıb. Debütantın heyətində ilk qolu Marko Borriello vurub.
BrendSport.az goal.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu İtaliya çempionatının rekordunu təzələyib.
O, 12 fərqli komandanın heyətində fərqlənməklə buna nail olub. Daha öncə analoji rekordu Nikola Amoruzo müəyyənləşdirmişdi. Borriello "Milan"n yetirməsidir. O, karyerası ərzində "Roma", "Yuventus" və "Genoa" kimi klubların da şərəfini qoruyub.
Qeyd edək ki, SPAL A Seriyasında son qolunu 1968-ci ildə "Atalanta"nın qapısından keçirmişdi.
Facebook-da paylaş