"Qarabağ" - SSKA oyunu heç-heçə yekunlaşdı

Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları başlayıb.
BrendSport.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da meydana çıxıb.
Qurban Qurbanovun komandası Bakıda Bolqarıstanın SSKA klubunu qəbul edib. Oyun heç-heçə yekunlaşıb - 0:0.
Komandalar iyulun 30-da Sofiyada cavab matçına çıxacaqlar.
Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə “Şerif” (Moldova) – “Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Facebook-da paylaş





















