Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün voleybol üzrə CEV Çempionlar Liqası, CEV Kuboku və CEV Çelenc Kuboku yarışlarının püşkatma mərasimi keçirilib



Lüksemburqda baş tutan tədbirdə Azərbaycanın avrokuboklarda iştirak edəcək klublarının rəqibləri müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, yeni mövsümdə ölkəmizi Avropa arenasında iki qadın və iki kişi komandası təmsil edəcək. Son ölkə çempionları “Turan” və “Xilasedici” klubları CEV Çempionlar Liqasında, ölkə çempionatının gümüş mükafatçıları “DH Volley” və “ORDU” komandaları isə CEV Çelenc Kubokunda mübarizə aparacaqlar.

CEV Çempionlar Liqasında iştirak edəcək qadınlardan ibarət “Turan” komandası yarışa ikinci təsnifat mərhələsindən başlayacaq. Komandamız bu mərhələdə Xorvatiyanın “Mladost Zagreb” klubu ilə üz-üzə gələcək. Cütün ilk oyunu 20–22 oktyabr, cavab qarşılaşması isə 27–29 oktyabr tarixlərində keçiriləcək.

Kişilər arasında CEV Çempionlar Liqasında çıxış edəcək “Xilasedici” komandası da mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.

Püşkatmanın nəticəsinə əsasən birbaşa ikinci mərhələdə yer alan təmsilçimizin rəqibi Portuqaliyanın “Sporting CP Lisboa” klubu olacaq. Cütün ilk oyunu 3–5 noyabr, cavab görüşü isə 10–12 noyabr tarixlərində baş tutacaq.

CEV Çelenc Kubokunda çıxış edəcək qadınlardan ibarət “DH Volley” və kişilərdən ibarət “ORDU” komandaları yarışa 1/32 final mərhələsindən start verəcəklər. “DH Volley” Danimarkanın “Holte IF” klubu ilə, “ORDU” isə Norveçin “Forde VBK” komandası ilə qarşılaşacaq. “DH Volley” komandasının ilk oyunu 27–29 oktyabr, cavab qarşılaşması isə 3–5 noyabr tarixlərində olacaq. “ORDU” klubu isə ilk oyununu 10-12 noyabr, cavab matçını isə 17-19 noyabr tarixlərində keçirəcək.











Facebook-da paylaş

Xəbəri paylaş