Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rafiq Hüseynov: “Komandamız optimal hazırlıq səviyyəsindədir”



Yeniyetmə güləşçilərimiz 27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək U17 dünya çempionatına hazırlığı davam etdirir.

BrendSport.az
xəbər verir ki, Yunan-Roma güləşi üzrə millimiz Bakıda təlim-məşq toplanışını davam etdirir. Yığmanın böyük məşqçisi Rafiq Hüseynov hazırlıq prosesini dəyərləndirib:

“Ölkə çempionatından sonra bir çox yerlərdə təlim-məşq toplanışı keçdik. Hazırlıqlara Şamaxıda başladıq. Ardınca Özbəkistanın Buxara şəhərində təlim-məşq toplanışı keçdik. Həmin toplanışda Türkiyədə keçirilən “Zəfər kuboku” üçün seçimlərimizi etdik. Həmin yarışda nəticə verən idmançılarımız Avropa çempionatı üçün nəzərdə tutulmuş heyətə daxil edildilər. Qitə birinciliyindən sonra artıq 3-cü təlim-məşq toplanışımızı keçirik.

Son hazırlıq prosesi komandanın tam formaya düşməsinə xidmət edəcək. Komandamız optimal hazırlıq səviyyəsindədir. Kiçik zədələr ciddi problem yaratmır. Dünya çempionatına qədər ümumilikdə 10 təlim-məşq toplanışı keçmiş olacağıq. Bu hazırlıq prosesləri Azərbaycan Güləş Federasiyası tərəfindən ən yüksək səviyyədə təşkil edilib və bizə maksimum dəstək verilib”.


Facebook-da paylaş

Xəbəri paylaş