Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Bu, artıq futbol deyil, su polosudur"



"Yuventus"un və İtaliya millisinin qapıçısı Canluici Buffon İtaliya A Seriyasının 2-ci turunda "Genoa" ilə oyundan (4:2) sonra videotəkrarların tətbiqindən narazılıq bildirib.

BrendSport.az goal.az-a istinadən xəbər verir ki, təcrübəli qolkiper bunları deyib:

"Deyirdilər ki, videotəkarlardan yalnız qol epizodları və topun qapı xəttini keçməsi ilə bağlı mübahisə yarananda istifadə olunacaq. Amma indi kiminsə ayağını tapdalayanda və ya qulağına barmaq girəndə belə bu sistemə müraciət edilir. Bu, artıq futbol deyil, su polosudur. Çox vaxt aparır. Lehimizə penalti təyin olunanda heç sevinmədim. Çünki oyunda 6 dəqiqə fasilə yarannmışdı. Komandam əsasən rəqibin cərimə meydançası ətrafında hücumlar təşkil etməyi sevir. Ötən mövsüm biz 3 penalti vurmuşduq. Lakin belə davam etsə, bu mövsüm 50 penalti yerinə yetirəcəyik. "Yuventus" futbolçusu kimi bu, məni qane edir. Amma oyun baxımlı alınmır".


Facebook-da paylaş

Xəbəri paylaş