Rumıniyada Avropa Şahmat İttifaqının rəhbər vəzifələrinə seçkilər keçirilib

Təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğuyla növbəti 4 il müddətinə Avropa Şahmat İttifaqına prezident seçilib.
BrendSport.az xəbər verir ki, Ardınca vitse-prezident vəzifəsinə seçkilər baş tutub. Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq təşkilatda vitse-prezident vəzifəsinə seçilib. Ümumilikdə qurumda üç vitse-prezident çalışacaq.
Qeyd edək ki, seçkilərdə qonaq qismində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.
Facebook-da paylaş





















