Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Endryu Parsons yenidən Beynəlxalq Paralimpiya Komitəsinə rəhbər seçilib

Endryu Parsons yenidən Beynəlxalq Paralimpiya Komitəsinə rəhbər seçilib


Beynəlxalq Paralimpiya Komitəsinin Baş Assambleyasının iclası keçirilib.
BrendSport.az
xəbər verir ki, tədbirdə komitənin prezidenti vəzifəsinə seçkilər təşkil olunub. Braziliyalı funksioner Endryu Parsons yenidən qurumun rəhbəri seçilib. O, 2017-ci ildən sözügedən vəzifədə çalışır.
E.Parsons prezident postuna yeganə namizəd olub. O 156 səs toplayıb. Üç nəfər isə əleyhinə səs verib.
Qeyd edək ki, 44 yaşlı funksioner 2005-2009-cu illərdə ABŞ Paralimpiya Komitəsinə başçılıq edib. Parsons 2009-cu ildən 2017-ci ilədək isə Braziliya Paralimpiya Komitəsinin prezidenti olub.


Facebook-da paylaş

Xəbəri paylaş