Beynəlxalq Paralimpiya Komitəsinə yeni prezident seçilib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə Beynəlxalq Paralimpiya Komitəsinə (IPC) prezident seçkisi keçirilib.
Qurumun rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, braziliyalı Endryu Parsons səs çoxluğu ilə qalib olub.
40 yaşlı funksioner bu postda 67 yaşlı britaniyalı Filip Kreyveni əvəzləyib. Namizədlər arasında kanadalı Patrik Jarvis, danimarkalı Yon Petersson və çinli Haydi Çjan da olub. Onlar müvafiq olaraq 12, 19 və 47 səs toplayıblar. Bundadək İPC-nin vitse-prezidenti olan E.Parsons isə 84 səs alıb.
Çin nümayəndə heyəti səsvermədən dərhal sonra etirazını bildirib. Onlar səsvermə zamanı səhvə yol verildiyini söyləsələr də, etiraz qəbul olunmayıb.
Qeyd edək ki, Filip Kreyven 2001-ci ildən quruma rəhbərlik edirdi. (“Report”)
Facebook-da paylaş