Azərbaycan paraüzgüçüləri Belarusdakı turnirdə 5 medal qazanıblar

Belarusun Brest şəhərində keçirilən açıq paraüzgüçülük kubokunda ikinci yarış günü yekunlaşıb.
BrendSport.az xəbər verir ki, turnirdə Azərbaycanı S12 kateqoriyasında Raman Saley və Səlim Məmmədov, S10 kateqoriyasında isə yeniyetmə paraüzgüçülər Əli Vəliyev ilə Murad Məmmədov təmsil edirlər.
Paralimpiya çempionu Raman Saley 100 metr məsafəyə sərbəst üzmədə 55.29, həmin məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda isə 59.17 nəticə ilə iki qızıl medal qazanıb.
Yeniyetmə paralimpiyaçı Əli Vəliyev 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulunda və 200 metr məsafəyə qarışıq üzmədə gümüş, 400 metr məsafəyə sərbəst üzmədə isə bürünc medal qazanıb.
Facebook-da paylaş





















