Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında finala yüksəliblər
Azərbaycan paraüzgüçüləri Fransanın Limoj şəhərində təşkil olunan Dünya Seriyasında finala yüksəliblər.
BrendSport.az xəbər verir ki, ikinci yarış günündə Paralimpiya, dünya və Avropa çempionu Vəli İsrafilov 100 metr məsafəyə brass (qurbağa) üsulla üzmədə (1.09.25), Əli Vəliyev isə gənclər arasında 50 metr məsafəyə sərbəst üsulla üzmədə (28.78) həlledici mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, daha əvvəl Ə.Vəliyev 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında şəxsi rekordunu yeniləyərək (01.01.60) dördüncü yeri tutub. Dünya Paraüzgüçülük Seriyasına iyunun 9-da yekun vurulacaq.
Facebook-da paylaş