Prezident Əfrana: "Topu özündə çox saxlama"
Prezident İlham Əliyevin “Qarabağ” klubunun heyəti ilə görüşünün qeyri-rəsmi hissəsində ölkə başçısının futbolçu heyəti ilə səmimi dialoqu olub.
İlham Əliyev son vaxtlar tənqidlərə məruz qalan Əfran İsmayılovla zarafatlaşıb. Prezident İlham Əliyevin yarımmüdafiəçiyə “səni izləyirəm, yaxşı “driblinq”lərin və sürətin var” deyib.
Ölkə başçısının “topu cərimə meydançasının yanında və arxada çox saxlama” deməsi isə komandanın gülüşünə səbəb olub. (Goal.az)
Facebook-da paylaş