Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa Atletika Assosiasiyasının rəhbər heyətinə keçiriləcək seçkilərdə namizədlər müəyyənləşib

Avropa Atletika Assosiasiyasının rəhbər heyətinə keçiriləcək seçkilərdə namizədlər müəyyənləşib
Avropa Atletika Assosiasiyasının rəhbər heyətinə aprelin 13-də keçiriləcək seçkilərdə mübarizə aparacaq namizədlərin adları açıqlanıb.
BrendSport.az xəbər verir ki, seçkilərdə namizədlər Avropa Atletika Assosiasiyasının prezidenti, vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvlüyü uğrunda mübarizə aparacaqlar. Federasiyanın hazırkı prezidenti norveçli Svein Arne Hansen bu vəzifəyə yeganə namizəddir. Üç vitse-prezident vəzifələrinə isə Çerri Aleksandr (Böyük Britaniya), Cin Qarsia (Fransa), Marton Qyulay (Macarıstan), Frank Hensel (Almaniya), Dobromir Karamarinov (Bolqarıstan), Anti Pihlakoski (Finlandiya) və Libor Varhanik (Çexiya) namizədliklərini irəli sürüblər.
Seçkilər aprelin 13-də Praqada keçiriləcək 26-cı Avropa Atletika Konqresi çərçivəsində təşkil olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş