Arda “Qalatasaray”dan vaxt istədi - Onlardan təklif gəlməsə...
“Barselona”da heyətə düşə bilməyən Arda Turan onun xidmətində maraqlı olan sabiq klubu “Qalatasaray”dan vaxt istəyib.
Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə 30 yaşlı yarımmüdafiəçinin “sarı-qırmızılar”ın rəhbərliyindən sentyabrın 1-dək vaxt istədiyi qeyd edilib. Belə ki, Arda bu müddətdə “Mançester Yuanyted” və “İnter”dən təklif almayacağı təqdirdə, sabiq klubuna “hə” cavabı verəcək.
Xatırladaq ki, “Qalatasaray” bir müddətdi sabiq futbolçusunun keçidi ilə bağlı “Barsa” ilə danışıqları davam etdirir.
Facebook-da paylaş