“Qarabağ” həndbol üzrə Avropa Kubokuna qələbə ilə başlayıb
Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda ilk oyununa çıxıb.
BrendSport.az xəbər verir ki, son ölkə çempionu 1/32 finalda Lüksemburqun “Differdanj” klubu ilə qarşılaşıb. Bakıda “AHF Arena” İdman Kompleksində keçirilən matç Ağdam təmsilçisinin 27:24 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasında cavab matçı 1 gün sonra eyni məkanda baş tutacaq.
Facebook-da paylaş