Əsas Səhifə > Maraq > “Qarabağ” həndbol üzrə Avropa Kubokuna qələbə ilə başlayıb

“Qarabağ” həndbol üzrə Avropa Kubokuna qələbə ilə başlayıb


5-10-2024, 17:27


Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda ilk oyununa çıxıb.

BrendSport.az
xəbər verir ki, son ölkə çempionu 1/32 finalda Lüksemburqun “Differdanj” klubu ilə qarşılaşıb. Bakıda “AHF Arena” İdman Kompleksində keçirilən matç Ağdam təmsilçisinin 27:24 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu komandalar arasında cavab matçı 1 gün sonra eyni məkanda baş tutacaq.
Geri qayıt