Misli Premyer Liqasında çıxış edən 4 klub cərimələnib
AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.
BrendSport.az xəbər verir ki, Misli Premyer Liqasının VIII turunun “Araz-Naxçıvan”la oyununda 4 futbolçusu sarı vərəqə alan “Səbail” 700 manat cərimə edilib.
“Sumqayıt”ın 6 futbolçusu “Neftçi” ilə matçda sarı vərəqə gördüyü üçün “kimyaçılar” 700 manat ziyana düşüb.
“Şamaxı” - “Turan Tovuz” qarşılaşmasında ev sahiblərinin 4, qonaqların isə 5 futbolçusu sarı vərəqə aldığına görə hər iki klub 700 manat cərimələnib.
Facebook-da paylaş