Əsas Səhifə > Ölkə idmanı > Misli Premyer Liqasında çıxış edən 4 klub cərimələnib

Misli Premyer Liqasında çıxış edən 4 klub cərimələnib


3-10-2024, 13:54


AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

BrendSport.az
xəbər verir ki, Misli Premyer Liqasının VIII turunun “Araz-Naxçıvan”la oyununda 4 futbolçusu sarı vərəqə alan “Səbail” 700 manat cərimə edilib.

“Sumqayıt”ın 6 futbolçusu “Neftçi” ilə matçda sarı vərəqə gördüyü üçün “kimyaçılar” 700 manat ziyana düşüb.

“Şamaxı” - “Turan Tovuz” qarşılaşmasında ev sahiblərinin 4, qonaqların isə 5 futbolçusu sarı vərəqə aldığına görə hər iki klub 700 manat cərimələnib.
Geri qayıt