Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Oktyabrın 5-də dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib.



Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 21 dövlət qurumu təmsil olunub.

BrendSport.az
xəbər verir ki, “Şüa” İdman Kompleksində təşkil olunan yarışda qadınlar arasında Svetlana Kayumova (SOCAR) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Yeganə Əlizadə (Müdafiə Nazirliyi) və Nərgiz Daşdəmirova (SOCAR) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Kişilər arasında Əli Bayramov (Fövqəladə Hallar Nazirliyi) bütün rəqiblərini qabaqlayaraq birinci olub. Yaşar Mövlanov (Dövlət Turizm Agentliyi) yarışı ikinci, Vüqar İbrahimov (FHN) isə üçüncü pillədə başa vurublar.


Facebook-da paylaş

Xəbəri paylaş