Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal əldə edib
Azərbaycan cüdoçusu Əjdər Bağırov Tacikistanın paytaxtı Düşənbə şəhərində gənclər arasında keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
BrendSport.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı iranlı Ali Reza Niksereştlə qarşılaşıb. Rəqibinə qalib gələn cüdoçumuz dünya üçüncüsü olub.
Bu gün, həmçinin Kənan Nəsibov (+100 kiloqram) final qarşılaşmasında qüvvəsini sınayacaq. Onun rəqibi Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı altında çıxış edən Denis Batçayev olacaq.
Qeyd edək ki, hələlik dünya çempionatında Azərbaycan millisinin aktivində bir medal var. Ötən gün Süleyman Şükürov (81 kiloqram) 3-cü yeri tutub.
Facebook-da paylaş