Bilyardın dinamik piramida növü üzrə Azərbaycan çempionu müəyyənləşib
Bilyardın dinamik piramida növü üzrə Azərbaycan çempionatına yekun vurulub.
BrendSport.az xəbər verir ki, ən güclü oyunçuların bir araya gəldiyi turnirdə qalib adına Vasif Məmmədov sahib çıxıb.
Məhəmməd Əkbərov, Fuad Ocaqverdiyev və Yəhya Məmmədov müvafiq olaraq 2-ci, 3-cü və 4-cü yerləri tutublar.
Oktyabrın 5-də start verilən ölkə çempionatında 56 iştirakçı qalib adı uğrunda mübarizə aparıb. Ölkə çempionatının keçirilməsində məqsəd həm ən yaxşıları müəyyənləşdirmək, həm də bilyardın geniş populyarlaşdırılmasıdır.
Facebook-da paylaş