Azərbaycanlı FİFA referisi Avropa Liqasına təyinat alıb
Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Vitoriya Gimaraynş” (Portuqaliya) – “Zalsburq” (Avstriya) görüşünü azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Görüşün yan xətt hakimləri Rza Məmmədovla Zeynal Zeynalov olacaqlar. Rəhim Həsənovla Orxan Məmmədov baş hakimin əlavə köməkçiləri, Mübariz
Həşimov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, matç sentyabrın 14-də “Afonsu Enrikiş” stadionunda keçiriləcək.
Report
Facebook-da paylaş