Əsas Səhifə > Olimpiya > Azərbaycanlı FİFA referisi Avropa Liqasına təyinat alıb

Azərbaycanlı FİFA referisi Avropa Liqasına təyinat alıb


11-09-2017, 15:44


Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Vitoriya Gimaraynş” (Portuqaliya) – “Zalsburq” (Avstriya) görüşünü azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Görüşün yan xətt hakimləri Rza Məmmədovla Zeynal Zeynalov olacaqlar. Rəhim Həsənovla Orxan Məmmədov baş hakimin əlavə köməkçiləri, Mübariz

Həşimov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, matç sentyabrın 14-də “Afonsu Enrikiş” stadionunda keçiriləcək.

Report
Geri qayıt