Millimizin oyununda macar hakimlər
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – İrlandiya oyunu üçün hakim təyinatları açıqlanıb.
BrendSport.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı Macarıstan Futbol Federasiyasından Sandor Szabo idarə edəcək. Ona Peter Kobor və Balaj Szert köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Balaj Berke yerinə yetirəcək.
Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – İrlandiya görüşü sabah saat 19:00-da başlayacaq.
Facebook-da paylaş