Fiqurlu konkisürənlərimiz Riqada medal qazandılar
Latviyanın paytaxtı Riqada keçirilən “Volvo Open Cup”da Azərbaycan fiqurlu konkisürənləri çıxışlarını başa vurublar. Cütlərin yarışında ölkəmizi Sofiya Karaqodina və Semyon Stepanov təmsil ediblər.
Qısa proqramda 3-cü olan idmançılarımız sərbəst çıxışda ikinci yeri tutublar. Ümumi nəticədə 137,38 xal toplayan cütlük turniri gümüş medalla başa vurub.
Apasport.az
Facebook-da paylaş