Əsas Səhifə > Milli komandalar > Fiqurlu konkisürənlərimiz Riqada medal qazandılar

Fiqurlu konkisürənlərimiz Riqada medal qazandılar


10-11-2017, 13:35



Latviyanın paytaxtı Riqada keçirilən “Volvo Open Cup”da Azərbaycan fiqurlu konkisürənləri çıxışlarını başa vurublar. Cütlərin yarışında ölkəmizi Sofiya Karaqodina və Semyon Stepanov təmsil ediblər.

Qısa proqramda 3-cü olan idmançılarımız sərbəst çıxışda ikinci yeri tutublar. Ümumi nəticədə 137,38 xal toplayan cütlük turniri gümüş medalla başa vurub.

Apasport.az
Geri qayıt