Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatının son günündə daha bir medal



Jeşuv şəhərində keçirilən Akrobatika Gimnastikası üzrə 28-ci Avropa çempionatı başa çatıb. Yarışların son günü qarışıq cütlüyümüz Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı "temp" proqramı üzrə final çıxışları ilə komandamızın hesabına 3-cü bürünc medalı yazdırıblar.
Cütlük şəxsi karyeralarında ilk dəfə qitə çempinatında ən güclülər arasında mübarizə aparıb. Buna baxmayaraq, gənc akrobatlarımız inamlı çıxış edərək, 7-ci yerlə finala vəsiqə qazanıblar. Həlledici mərhələdə isə Abdulla və Ruhidil öz proqramlarını daha uğurla icra edərək, medalçılar sırasına düşməyi bacarıblar.

Qeyd edək ki, Avropa çempionatında qarışıq cütlük proqramı üzrə 23 iştirakçı mübarizə aparıb. Ölkəmizi təmsil edən hər iki cütlük - Ağasif Rəhimov və Nurcan Cabbarlı, həmçinin Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı 4 gün boyunca davam edən çıxışların sonunda komandamıza 3 mümkün finaldan ümumilikdə 3 medal qazandırıblar.

Apasport.az


Facebook-da paylaş

Xəbəri paylaş