Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın ağır atletləri Avropa çempionatında mübarizəni davam etdirirlər



Albaniyanın Dürres şəhərində keçirilən 20-23 yaşlı gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.

Yarışda ölkəmizin gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edirlər.

Oktyabrın 16-da Mərziyyə Məhərrəmova (48 kq) 23 yaşadək qadın atletlər arasında medallar uğrunda mübarizəyə qoşulub. O, birdənqaldırmada 66 kiloqramı ram edərək altıncı olub. M.Məhərrəmova təkanla qaldırma hərəkətində 85 kiloqramı ram edərək beşinci pillədə qərarlaşıb. İdmançımız toplam 151 kiloqram (66+85) nəticə ilə Avropa çempionatında altıncı yeri tutub.

Xatırladaq ki, yarışların ilk günündə 20 yaşlı idmançıların mübarizəsində gənc atletlərimiz iki bürünc medal qazanıblar.

Oktyabrın 22-dək davam edəcək yarışda 36 ölkədən 405 atlet (170 qadın və 235 kişi) mübarizə aparır.


Facebook-da paylaş

Xəbəri paylaş