Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ruan Renato “Zirə”nin heyətində 100-cü oyununa çıxıb



Ruan Renato “Zirə”nin heyətində 100-cü oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubileyi Azərbaycan kubokunun 1/8 final mərhələsinə baş tutub.

Braziliyalı legioner “Neftçi” ilə əlavə vaxta qədər uzanan qarşılaşmada (1:0) 120 dəqiqə meydanda olub. Renato “Zirə”də keçirdiyi 100 matçda 9 qola imza atıb.

Ruan Premyer Liqada 80 (8 qol), kubokda 10 (1 qol), avrokuboklarda 10 matça çıxıb. Cənubi amerikalı “Zirə”nin tarixində 100 və daha çox oyun keçirən 9-cu futbolçudur.

Qeyd edək ki, Renato 2023-cü il avqustun 5-də Premyer Liqanın “Qarabağ”la səfər matçında (1:0) Bakı klubunda debüt edib.


Facebook-da paylaş

Xəbəri paylaş