Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qəbələ” doğma meydanda “Zirə”ni məğlub edib

“Qəbələ” doğma meydanda “Zirə”ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.

BrendSport.az
xəbər verir ki, turun açılış oyununda “Qəbələ” klubu “Zirə”ni qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda “Qəbələ”nin heyətində Roman Maçada və Ruan Renato fərqləniblər. “Zirə”nin qolunu isə Eldar Quliyev vurub.

Bu qələbədən sonra xallarının sayını 39-a çatdıran “Qəbələ” “Zirə”ni qabaqlayaraq dördüncü pilləyə yüksəlib. Otuz səkkiz xalı olan paytaxt klubu isə beşinci sıraya geriləyib.

Qeyd edək ki, turun "Səbail" - "Sabah" və "Sumqayıt" - "Neftçi" oyunları aprelin 8-də, "Turan Tovuz" - "Şamaxı" və "Qarabağ" - "Kəpəz" matçları isə ertəsi gün keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş