Azərbaycan Premyer Liqası: "Qəbələ"nin qələbə həsrəti 6 oyundan sonra başa çatdı
Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, “Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüşdə meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıb.
Meydan sahiblərinin qollarını 45-ci dəqiqədə Ülvi İsgəndərov və 56-cı dəqiqədə Rafael Utziq vurub. 85-ci dəqiqədə “Qəbələ”nin yarımmüdafiəçisi İsnik Alimi avtoqola imza atıb.
Beləliklə, bu görüşdən sonra xallarının sayını 31-ə çatdıran “Qəbələ" beşinci pillədəki yerini qoruyub. 18 xalı olan "Sumqayıt" isə yeddinci sırada qərarlaşıb.
Günün ikinci oyununda “Neftçi” komandası "Bakcell Arena"da "Səbail"lə qarşılaşır.
Qeyd edək ki, Turun “Zirə” – “Qarabağ” və “Sabah” – “Turan Tovuz” matçları fevralın 19-da təşkil olunacaq.
Facebook-da paylaş