Azərbaycan Premyer Liqası: "Neftçi" böyük hesablı qələbə qazanıb
Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, "Neftçi" komandası "Bakcell Arena"da "Səbail"lə qarşılaşıb.
Görüşdə Azərbaycan futbolunun flaqmanı rəqibini 3:0 hesabı ilə məğlub edib.
Matçda hesabı 8-ci dəqiqədə penaltidən Kenni Sayef açıb. Qırx səkkizinci dəqiqədə Emin Mahmudov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Oyunda sonuncu qolu isə 74-cü dəqiqədə yeni transfer Mateus Saldanya vurub.
Bu qələbədən sonra xallarının sayını 48-ə çatdıran "Neftçi" üçüncü pillədəki mövqeyini möhkəmləndirib. 16 xalı olan "Səbail" isə sonuncu 10-cu pillədədir.
Qeyd edək ki, tura fevralın 19-da keçiriləcək "Sabah" - "Turan Tovuz" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
Facebook-da paylaş