Əsas Səhifə > Milli komandalar > Azərbaycan Premyer Liqası: "Neftçi" böyük hesablı qələbə qazanıb

Azərbaycan Premyer Liqası: "Neftçi" böyük hesablı qələbə qazanıb


18-02-2023, 20:09
Azərbaycan Premyer Liqası: "Neftçi" böyük hesablı qələbə qazanıb

Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, "Neftçi" komandası "Bakcell Arena"da "Səbail"lə qarşılaşıb.

Görüşdə Azərbaycan futbolunun flaqmanı rəqibini 3:0 hesabı ilə məğlub edib.

Matçda hesabı 8-ci dəqiqədə penaltidən Kenni Sayef açıb. Qırx səkkizinci dəqiqədə Emin Mahmudov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Oyunda sonuncu qolu isə 74-cü dəqiqədə yeni transfer Mateus Saldanya vurub.

Bu qələbədən sonra xallarının sayını 48-ə çatdıran "Neftçi" üçüncü pillədəki mövqeyini möhkəmləndirib. 16 xalı olan "Səbail" isə sonuncu 10-cu pillədədir.

Qeyd edək ki, tura fevralın 19-da keçiriləcək "Sabah" - "Turan Tovuz" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
Geri qayıt