Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi” ilə oyun “Qarabağ”ın üç futbolçusu üçün yubileylə əlamətdar olub

“Neftçi” ilə oyun “Qarabağ”ın üç futbolçusu üçün yubileylə əlamətdar olub


Azərbaycan Premyer Liqasının XXXII turu “Qarabağ”ın üç futbolçusu üçün yubileylə əlamətdar olub.
BrendSport.az xəbər verir ki, “Neftçi” ilə səfər oyunu (4:2) Ramil Şeydayevin Azərbaycan çempionatlarında 100-cü matçı olub. İyirmi yeddi yaşlı hücumçu bu qarşılaşmalarda 33 qol vurub. O, Premyer Liqada iki klubda – “Qarabağ” (72 oyun, 27 qol) və “Sabah”da (28 oyun, 6 qol) forma geyinib.
“Neftçi” ilə matç Rahil Məmmədovun Azərbaycan çempionatında 100-cü oyunu olub. İyirmi səkkiz yaşlı müdafiəçinin hesabında 1 qol var. O, “Neftçi” (32 oyun), “Səbail” (13 oyun), “Qarabağ” (48 oyun, 1 qol) və “Zirə”də (7 oyun) çıxış edib.
Kevin Medina 100-cü dəfə “Qarabağ” forması ilə meydana çıxıb. Kolumbiyalı müdafiəçi bu görüşlərdə 2 qola imza atıb. O, Premyer Liqada 63 (1 qol), kubokda 8, avrokuboklarda 29 (1 qol) dəfə meydana çıxıb.


Facebook-da paylaş

Xəbəri paylaş